-
- 5-08-2024, 23:59
- 313
"İnsanlara nifrət edirdim"
Məşhur müğənni Layma Vaikule keçirdiyi xərçəng xəstəliyi səbəbi ilə insanlara nifrət etdiyi dövrlərindən danışıb.
News24.az Lent.az-a istinadla xəbər verir ki, müğənni xəstəliyini müalicə etdirmək üçün ABŞ-a getdiyini, həmin dövrlərdə hamıdan uzaq qaçdığını bildirib.
“İnsanlara nifrət edirdim, hər kəsdən uzaq durmağa, ünsiyyət qurmamağa çalışırdım. Bir keşiş mənə bunun ilahi sınaq olduğunu dedikdən sonra həyata baxışlarım dəyişdi”- deyə o bildirib.
Qeyd edək ki, Layma Vaikule döş xərçəngi ilə ilk dəfə 1990-cı illərdə qarşılaşıb. ABŞ-da müalicə olunduqdan sonra remissiyaya nail ola bilib. 2022-ci ildə onda yenidən xərçəng xəstəliyi aşkarlanıb.