Debby qasırğası: Ölənlər var, 1700 uçuş ləğv edildi
    • Bu gün, 09:48
    • 79

Debby qasırğası: Ölənlər var, 1700 uçuş ləğv edildi

ABŞ-ın cənub-şərqini, xüsusilə Florida ştatını təsir edən Debbi qasırğasında ən azı 4 nəfərin həyatını itirdiyi bildirilib.

News24.az xəbər verir ki, Milli Qasırğa Mərkəzinin məlumatına görə, Debbi qasırğası saatda 80 mil (təxminən 130 kilometr) sürətlə Florida ştatının Steinhatchee sahil şəhəri yaxınlığında quruya çatdıqdan sonra tropik fırtınaya qədər yavaşlayıb.

Ştat rəsmiləri Debbinin içəriyə doğru hərəkət etməsi ilə əlaqədar genişmiqyaslı daşqınlar olduğunu bildirərkən, güclü fırtına ağacları kökündən çıxarıb, elektrik dirəklərini yıxıb və əyalət üzrə 250 mindən çox müştərinin elektrik enerjisini kəsib.

NWS qeyd edib ki, bir neçə gün ərzində ölkənin cənub-şərqində bəzi ərazilərdə “qasırğalar, fəlakətli yağışlar və sahil daşqınları gözlənilir”.

Bundan əlavə, FlightAware uçuş izləmə saytına görə, dünən 1700-dən çox reys ləğv edilib, 5800-dən çox reys təxirə salınıb.

Günel Məlikzadə