-
- 4-08-2024, 16:57
- 270
“Debbi” fəsadlara yol açdı
Avqustun 3-də Kuba sahillərində formalaşan “Debbi” tropik qasırğası Meksika körfəzi istiqamətində hərəkət edir.
News24.az Lent.az-a istinadla xəbər verir ki, bu barədə Kuba Meteorologiya İnstitutu məlumat yayıb.
Qasırğa Kubanın mərkəzində və qərbində güclü leysan yağışla müşahidə olunub, paytaxt Havananın müxtəlif rayonlarında elektrik enerjisinin verilişi dayanıb. “Debbi” qasırğası saniyədə 6,7 m sürətlə şimal-qərb istiqamətində hərəkət edir. Meteoroloqlar 12-24 saat ərzində qasırğanın Kubadan uzaqlaşacağını, bazar günü günorta saatlarında ölkənin mərkəzində, gün ərzində isə ölkənin qərbində yağışların intensivliyinin azalacağını proqnozlaşdırırlar.