Banqladeşdə müvəqqəti hökumət quruldu
    • 6-08-2024, 12:41
    • 243

Banqladeşdə müvəqqəti hökumət quruldu

Banqladeşdə baş nazir Şeyx Hasinanın kütləvi etirazlar fonunda tutduğu vəzifədən istefa verməsindən sonra müvəqqəti kabinet yaradılıb.

News24.az xəbər verir ki, Banqladeş Ordusunun Baş Qərargah rəisi general Vaqer-uz-Zaman müraciətində bildirib ki, tərəflərlə müzakirələrdən sonra bütün siyasi qüvvələrin iştirakı ilə müvəqqəti hökumətin qurulması qərara alınıb.

Onun sözlərinə görə, Banqladeş prezidenti Məhəmməd Şahəbuddin ilə hökumət və ölkədə vəziyyətin normallaşdırılması tədbirləri ilə bağlı məsləhətləşmələr aparılıb.

General əlavə edib ki, ölkə ilə bağlı qərarları bundan sonra ordu verəcək. 

Əlavə olaraq, o, zorakılığa son qoymağa çağırıb və etirazlar zamanı baş verən bütün ölüm hallarının ədalətli araşdırılacağına söz verib.

Xatırladaq ki, İyul ayından Banqladeşdə hökumət əleyhinə etirazlar keçirilir. Ötən gün etirazçılar baş nazirin Dəkkədəki iqamətgahını dağıdıblar, Hasina istefa verdiyini elan edib və ölkəni tərk edib. Mətbuat onun Britaniyadan sığınacaq istədiyini yazıb. 

İndi Hasina, Hindistan Xarici İşlər Nazirliyinin məlumatına görə, Hindistandadır.

Məryəm İlhamqızı