Şri-Lankada  etirazçılar BAŞ NAZİRİN EVİNİ YANDIRDILAR
    • 10-05-2022, 14:20
    • 363

Şri-Lankada etirazçılar BAŞ NAZİRİN EVİNİ YANDIRDILAR

Şri-Lankada iqtisadi böhran səbəbindən başlayan etirazlar şiddətlənməkdə davam edir. Dünən paytaxt Kolomboda hökumət tərəfdarları ilə hökumət əleyhinə etirazçılar arasında toqquşmalar baş verib.

Şri-Lankada iqtisadi böhrana etiraz edən bir qrup nümayişçi istefa verən baş nazir Mahinda Rajapaksanın rəsmi iqamətgahını, həmçinin nazirlər və deputatların evlərini yandırıb. Nümayişlərdə ən azı 7 nəfər həyatını itirib, 200-ə yaxın adam yaralanıb.

News24.az xarici mediaya istinadən xəbər verir ki, hökumət tərəfdarları etirazçılara daş və dəyənəklə hücum edib. Təhlükəsizlik zolağından keçərək etirazçılara hücum edən hökumət tərəfdarlarına polis gözyaşardıcı qaz və şırnaqla cavab verib. Hadisələrdən sonra ölkə daxilində komendant saatı elan edilib. Şri-Lankanın baş naziri Mahinda Rajapaksa da istefa vermək qərarına gəlib.

Səhər saatlarına doğru nümayişlərin şiddəti azalsa da, komendant saatı daha bir gün uzadılıb.