-
- 6-08-2024, 20:30
- 241
Sığınacaq üçün müraciət sayı KƏSKİN ARTDI
Polşanın Əcnəbilərlə İş üzrə İdarəsi xarici vətəndaşlardan sığınacaq üçün müraciətlərin sayında anormal artım qeydə alıb.
News24.az xəbər verir ki, ötən illə müqayisədə 79 faiz artıb.
“Təkcə iyun ayında 1766 əcnəbi sığınacaq üçün müraciət edib ki, bu da son yeddi ilin ən yüksək göstəricisidir”, - departamentin nəşrində deyilib.
İdarənin məlumatına görə, 2024-cü ilin birinci yarısında müraciətlərin ümumi sayı 7716 olub ki, bu da əvvəlki analoji dövrlə müqayisədə 79 faiz çoxdur. Qeyd olunub ki, müraciətlərin demək olar 60 faizi Ukrayna və Belarus vətəndaşları tərəfindən verilib.
Müraciətlərin artımında ən böyük yüksəliş Afrika və Yaxın Şərq ölkələrinin vətəndaşlarında qeydə alınıb.
Məryəm İlhamqızı