Almaniya ən çox sığınacaq axtarılan ölkə oldu
    • 22-07-2023, 14:33
    • 197

Almaniya ən çox sığınacaq axtarılan ölkə oldu

27 Avropa İttifaqı (Aİ) ölkəsi arasında sığınacaq axtaranların daha çox Almaniyaya üstünlük verdiyi açıqlanıb. 

News24.az xəbər verir ki, bu barədə Aİ Sığınacaq Agentliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, təkcə may ayında Aİ üzvləri, Norveç və İsveçrəyə 87 min insan sığınacaq üçün müraciət edib.

Bu müraciətlərin 27 faizinin, yəni 23 min 490-nın Almaniyaya yönəldiyi məlum olub.

Nərmin Murad