Fabrikdə yanğın baş verdi
    • Bu gün, 10:38
    • 83

Fabrikdə yanğın baş verdi

Türkiyədə yaxta fabrikində yanğın baş verib. 

News24.az xəbər verir ki, yanğın saat 07.30 radələrində Orxanqazi-Yalova yolunda yerləşən yaxta zavodunda baş verib.

Yanğın kimyəvi maddələrin saxlandığı anbarda baş verib və qısa müddətdə böyüyüb.

Xəbər verildikdən sonra bölgəyə çoxlu yanğınsöndürmə briqadaları göndərilib.

Fabrikdən yüksələn tüstü rayonun bir çox nöqtəsindən görünərkən, qruplar yanğına müdaxilə etməyə davam edir.

Günel Məlikzadə