Türkiyənin 3 əyalətində yanğın
    • 13-06-2024, 16:39
    • 420

Türkiyənin 3 əyalətində yanğın

Türkiyədə üç əyalətdə meşə yanğınlarına qarşı mübarizə aparılır.

News24.az xəbər verir ki, yanğınla bağlı ilk xəbər Manisadan gəlib. Saat 11:00 radələrində Kula rayonu Esenyazı rayonu yaxınlığındakı meşəlik ərazidə naməlum səbəbdən yanğın baş verib.

Bölgədə əsən küləyin təsiri ilə alov geniş əraziyə yayılıb. Xəbər üzərinə xilasetmə qrupları bölgəyə sövq edilib.

Yanğına havadan və qurudan müdaxilə davam edir.

Çanaqqala

Çanaqqalanın Eceabat rayonu, Yalova kəndi yaxınlığındakı meşə sahəsində saat 14:00 radələrində naməlum səbəbdən yanğın baş verib.

Vəziyyətin bildirilməsi üzərinə bölgəyə qruplar sövq edilib. Komandalar alovları söndürmək üçün havadan və qurudan müdaxilə etməyə davam edir.

İZMİR

Saat 13:00 radələrində İzmirin Bornova rayonu yaxınlığındakı meşədə yanğın baş verib.

Ərazidən tüstü qalxdığını görənlər vəziyyəti meşə təsərrüfatı qruplarına bildiriblər. Müdaxilə 2 təyyarə və 3 helikopterlə havadan, 6 su maşını və meşə işçiləri ilə isə yerdən başlayıb.

Söndürmə işləri davam edir. Digər tərəfdən Berqama rayonunda əkinçilik sahəsində başlayan yanğın qrupların müdaxiləsi ilə qısa müddətdə nəzarət altına alınıb.

Günel Məlikzadə