Südlü yaşıl çay: Faydası varmı?
    • 7-08-2024, 21:10
    • 665

Südlü yaşıl çay: Faydası varmı?

Yaşıl çaya süd əlavə etmək onun faydalı xüsusiyyətlərini azaldır. Lakin ekspertlər bu məsələdə tamamilə fərqli fikirdədirlər.

Niyə südlə yaşıl çay içmək lazımdır?

News24.az Lent.az-a istinadən xəbər verir ki, südlü yaşıl çay tükənmiş sinir sisteminə enerji verə bilən çox qidalı kokteyldir.

Bu içkidən bir stəkan içməklə fiziki və ruhi yorğunluqdan xilas ola bilərsiniz.

Bundan əlavə, yaşıl çay sidikqovucu olmaqla böyrəkləri stimullaşdırır və bədəndən zərərli maddələrin və artıq mayenin çıxarılmasına kömək edir.

Südün tərkibindəki kalsium sümükləri, çayın zəngin olduğu taninlər isə damarların divarlarını möhkəmləndirir.