Ağrıların qənimi artıq yaşıl eynəklər olacaq - Alimlərdən ŞOK ARAŞDIRMA
    • 14-12-2022, 11:45
    • 455

Ağrıların qənimi artıq yaşıl eynəklər olacaq - Alimlərdən ŞOK ARAŞDIRMA

ABŞ alimlərinin araşdırmasında yaşıl işığın ağrıkəsicilərə alternativ ola biləcəyi müəyyən edilib. Tədqiqat zamanı məlum olub ki, xroniki ağrıları olan xəstələr yaşıl linzalı eynək taxdıqda ağrıkəsicilərə daha az ehtiyac duyurlar.

News24.az “Hürriyet”ə istinadən xəbər verir ki, ABŞ-ın Dyuk Universitetinin tədqiqatçıları tərəfindən aparılan tədqiqat zamanı məlum olub ki, yaşıl linzalı eynək taxan 34 xəstənin narahatlığı dörd qat azalıb.

Rəng spektrinin ortasındakı yaşıl rəngin bədəndə təbii ağrıkəsici kimi fəaliyyət göstərən enkefalin adlı kimyəvi maddələrin ifrazını tətiklədiyi və beynin ağrıları emal etmə üsulunu da dəyişdirə biləcəyi düşünülür. Bu baxımdan miqrenin müalicəsində yaşıl işığın istifadəsinin effektli olacağı bildirilib.