-
- 12-12-2022, 15:43
- 811
Yaşıl çayın MÖCÜZƏVİ FAYDALARI: “Xərçəngdən qoruyur, arıqlamağa kömək edir, ağız qoxusuna...”
Əksər insanlar yaşıl çayın xeyirli olduğunu bilir. Bəs, bu möcüzəvi bitkinin faydaları nədir?
News24.az xəbər verir ki, türkiyəli məşhur həkim Fevzi Özgönül ölkənin yerli mediasına yaşıl çayın faydalarından danışıb.
Fevzi Özgönül son 15-20 ildə apardığı araşdırmalarda yaşıl çayın xərçəngdən qoruma və xərçəng hüceyrələrinin təsir dairəsini yavaşlatma gücünə malik olduğunu bildirib.
O qeyd edib ki, yaşıl çay güclü antioksidant xüsusiyyətlərinə malikdir, xolesterini və təzyiqi aşağı salır, maddələr mübadiləsini sürətləndirir, şəkər xəstəliyindən qoruyur: “Həmçinin yaşıl çay immunitet sistemini qoruduğu üçün arıqlamağa da kömək edir. Digər mühüm xüsusiyyəti diş çürümələrinin qarşısını almasıdır. Ağız qoxusunun müalicəsində çox effektivdir.
Yaşıl çay insanın əhvali-ruhiyyəsini qaldırır, əqli və fiziki aktivliyi gücləndirir. Məhz buna görə də bu çayı axşam saatlarında qəbul etmək doğru deyil. Əks təqdirdə, rahat və tez yuxuya getməyə çətinlik çəkəcəksiniz. Səhərlər içdiyiniz bir fincan yaşıl çay sizə daha müsbət təsir edəcək”.
Qeyd edək ki, yaşıl çay qara çay kimi dəmlənilir. Dəmlədikdən 2-3 dəqiqə sonra içmək lazımdır. Yaşıl çay yalnız təzə içilməlidir.