-
- 7-08-2024, 19:05
- 307
Rusiya vuruldu: Putin TƏCİLİ hökumət üzvlərini toplayır
Rusiya Prezidenti Vladimir Putin hökumət üzvləri ilə görüş keçirir.
News24.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd olunur ki, iclasda Ukraynanın Kursk vilayətini bombalamasından sonra oradakı vəziyyət haqqında müzakirə aparılıb. O, iclasdan sonra ölkənin güc struklarının rəhbərləri ilə də görüşəcəyini açıqlayıb.
Xatırladaq ki, bu gün Ukrayna Rusiyanın Kursk vilayətinə zərbələr endirib. Nəticədə azı 5 dinc sakin ölüb, 28 nəfər yaralanıb.