Kremldən Kursk AÇIQLAMASI
    • 7-08-2024, 16:58
    • 287

Kremldən Kursk AÇIQLAMASI

Kremldən verilən açıqlamada “Prezident hökumət üzvləri ilə görüş keçirir. İclasın gündəliyindəki ilk məsələ Ukrayna Silahlı Qüvvələrinin həyata keçirdiyi genişmiqyaslı təxribatdan sonra Kursk vilayətində yaranmış vəziyyət olub”, - deyilib.

News24.az xəbər verir ki, Putin, Kurskdakı hadisələrlə bağlı açıqlamasında “Kursk vilayətinin qubernator müavini ilə görüşümdən sonra müxtəlif mülki qurumlara bu bölgədə yaşayan insanlara lazımi köməklik göstərmələri üçün göstəriş verdim. Hökumətdən xahiş edirəm ki, bu məsələyə təcili diqqət yetirsin. Mən Baş nazirin birinci müavini Denis Manturova tapşırıram ki, birinci mərhələdə bu səyləri əlaqələndirsin", - qeyd edib.

Bildirilib ki, Rusiya Müdafiə Nazirliyi dünən səhər saatlarında Ukraynanın 300 əsgər, 11 tank və 20-dən çox zirehli texnika ilə Rusiyanın Kursk bölgəsində sərhəd qoşunlarının mövqelərinə hücum etdiyini açıqlayıb. Qarşıdurma zamanı Ukraynaya məxsus 16 zirehli texnika, o cümlədən 6 tank, 2 piyada döyüş maşını, 3 “Kozak” zirehli döyüş maşını və bir mühəndis söküntü maşını məhv edilib.

Məryəm İlhamqızı