Qaşım Maqomedov finalda!
    • Bu gün, 20:07
    • 39

Qaşım Maqomedov finalda!

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında finala yüksəlib. 

News24.az xəbər verir ki, idmançı yarımfinalda italiyalı Vito Dellakvila ilə qarşılaşıb. Hər iki hissədə rəqibindən üstün olan Maqomedov yekunda qələbə qazanıb - 9:4, 11:1.

Qaşımın finaldakı rəqibi Cənubi Koreyalı Park Taejoon olacaq.

Görüş Bakı vaxtı ilə saat 23:37-də başlayacaq.