10 avqust saat 06:00-dan... - Bakı əhalisinin DİQQƏTİNƏ!
    • Bu gün, 16:12
    • 1 528

10 avqust saat 06:00-dan... - Bakı əhalisinin DİQQƏTİNƏ!

10 avqust saat 06:00-dan 12 avqust saat 09:00-dək aparılacaq təmir işləri ilə əlaqədar Bakı şəhəri, 8 Noyabr prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsində avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

News24.az xəbər verir ki, sürücülərdən qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.