-
- 9-08-2024, 08:35
- 6 807
Onlar Qarabağa səyahət zamanı postdan buraxılmır - VİDEO
Kredit və aliment gecikməsinə görə axtarışda olan şəxslər Qarabağa səyahət zamanı postdan buraxılmırlar.
News24.az "Xəzər TV"yə istinadən xəbər verir ki, belə bir xəbərdarlıq Qarabağa tur təşkil edən əksər şirkətlərdə qeyd olunub. Hətta bildirilir ki, həmin şəxs postdan buraxılmadığı təqdirdə etdiyi ödəniş geri qaytarılmayacaq.
Turizm üzrə ekspert və tur təşkilatçısı Fariz Bəşirov deyir ki, bəzi vətəndaşlar axtarışda olduqlarına rəğmən, turlara qoşulurlar və posta çatanda isə polis əməkdaşları tərəfindən saxlanıldıqda birbaşa tur şirkətini günahlandırırlar. Bu səbəbdən də Qarabağa təşkil olunan turlarda bu xəbərdarlığı qeyd etmək şərt olub.
Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyindən bildirildi ki, axtarışda olan şəxs məkanından asılı olmayaraq polis əməkdaşı tərəfindən aşkarlanırsa, axtarışa verildiyi rayon üzrə təhvil verilir.
Daha ətraflı videomaterialda: