Azərbaycanda axtarışda olan 129 nəfər saxlanıldı
    • 12-12-2023, 10:41
    • 218

Azərbaycanda axtarışda olan 129 nəfər saxlanıldı

Dekabrın 11 -də ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 23 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən xəbərə görə, axtarışda olduğuna görə ümumilikdə 129, o cümlədən borclu şəxs qismində axtarışda olan 108 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 33 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.