-
- 9-08-2024, 15:15
- 208
FİFA-nın keçmiş prezidenti DÜNYASINI DƏYİŞDİ
Afrika Futbol Konfederasiyasının (CAF) keçmiş rəhbəri və Beynəlxalq Futbol Federasiyasının (FIFA) müvəqqəti prezidenti İssa Hayatu 78 yaşında vəfat edib.
News24.az xəbər verir ki, bu barədə Associated Press yazır.
Nəşrin məlumatına görə, Hayatu Olimpiya Oyunlarına dəvətli qonaq kimi gəldiyi Parisdə dünyasını dəyişib. Ölümün səbəbi açıqlanmayıb.
FİFA-nın hazırkı rəhbəri Canni İnfantino sosial şəbəkələrdə “İssa Hayatunun ölüm xəbərindən kədərləndim” yazıb:
“FİFA adından onun ailəsinə, dostlarına, yaxınlarına və bütün tanıyanlara başsağlığı verirəm, rahat yat.”
Qeyd edək ki, Hayatu 2016-cı ilə qədər 15 il Beynəlxalq Olimpiya Komitəsinin (BOK) üzvü olub və bu günə kimi təşkilatın fəxri üzvü olaraq qalıb.
Məryəm İlhamqızı