Futbol əfsanələri üz-üzə gələ bilər
    • 17-05-2024, 20:15
    • 328

Futbol əfsanələri üz-üzə gələ bilər

Beynəlxalq Futbol Federasiyası (FIFA) futbol əfsanələrinin dünya üzrə turunu təşkil etməyi, gələcəkdə isə sabiq futbolçular arasında dünya çempionatı keçirməyi planlaşdırır.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə təşkilatın prezidenti Canni İnfantino Banqkokda keçirilən FIFA-nın 74-cü Konqresində məlumat verib.

“Planlarımıza gəlincə, 2027-ci ilə qədər dünya üzrə 75 FIFA akademiyası olacaq”, - deyə təşkilatın prezidenti bildirib.

Fevral ayında “Daily Mail” məlumat vermişdi ki, İngiltərə 2024-cü ilin yayında ilk Futbol Əfsanələri Dünya Kubokuna ev sahibliyi etməyi planlaşdırır.