General-leytenant Vilayət Eyvazov vətəndaşları qəbul edəcək
    • 3-06-2019, 12:25
    • 3 492

General-leytenant Vilayət Eyvazov vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov 2019-cu il iyun ayının 22-də Lənkəran Şəhər Rayon Polis Şöbəsində Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı, Lerik şəhər və rayonlarının sakinlərini qəbul edəcəkdir.


DİN-in mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, vətəndaşlar daxili işlər orqanları əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.


Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.