Nazir müavini vətəndaşları qəbul edəcək
    • 3-06-2019, 12:44
    • 955

Nazir müavini vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov 2019-cu il iyun ayının 15-də Şirvan Şəhər Polis Şöbəsində Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Cəbrayıl, İmişli, Zərdab, Saatlı şəhər və rayonlarının sakinlərini qəbul edəcək.

DİN-in mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, vətəndaşlar daxili işlər orqanları əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidir.