Daxili İşlər naziri  vətəndaşları QƏBUL EDƏCƏK
    • 4-09-2019, 11:44
    • 2 193

Daxili İşlər naziri vətəndaşları QƏBUL EDƏCƏK

Daxili İşlər naziri Vilayət Eyvazov vətəndaşları qəbul edəcək.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik  Vilayət Eyvazov tərəfindən 2019-cu il sentyabr ayının 28-də Lənkəran Şəhər Rayon Polis Şöbəsində Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı, Lerik şəhər və rayonlarının sakinlərinin qəbulunun keçirilməsi nəzərdə tutulub.

Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.