-
- 10-08-2024, 17:08
- 230
Çin dünyanın ən böyük desant gəmisini inşa edir: ABŞ narahatdır
Çin Şanxay yaxınlığındakı Çanşin adasında 076 sinifli desant gəmisinin tikintisini sürətləndirib. Yeni döyüş gəmisi 2025-ci ildə suya buraxıla və dünyanın ən böyük gəmilərindən biri ola bilər, bu da ABŞ və digər ölkələri narahat edir.
News24.az bu barədə Qaynarinfo-ya istinadən xəbər verir.
Nəşr qeyd edir ki, Çin daha qısa müddətdə dünyanın ən böyük hərbi gəmilərindən birini inşa edərkən, ABŞ və Avropa ölkələri köhnə freqatlar və ya esmineslərin modernləşdirilməsinə vaxt sərf edirlər.
Jurnalistlər ABŞ dəniz kəşfiyyatının məlumatlarına istinad edirlər. Onların fikrincə, Çinin ümumi gəmiqayırma qabiliyyəti hazırda ABŞ-dan 632 dəfə çoxdur. Pekin tikinti sürətini artırmaq üçün onlarla əlavə gəmiqayırma zavodunu da cəlb edə bilər.
Son 10 il ərzində Çin idarə olunan raketlərlə təchiz edilən esmineslərinin sayını iki dəfədən çox artıraraq 42-yə çatdırıb və həmçinin 23 yeni esmines buraxıb. Nəşr qeyd edir ki, ABŞ həmin dövrdə cəmi 11 ədəd inşa edib.
2017-ci ildən bəri Çin 8 idarə olunan raketli kreyseri, ABŞ isə heç birini inşa etməyib. Jurnalistlərin fikrincə, Amerika rəsmiləri arasında ən böyük narahatlığa səbəb məhz budur.
Çinin böyük dəniz istehsal qabiliyyəti böyük mülki gəmiqayırma sektoru tərəfindən də dəstəklənir. Materialda qeyd olunur ki, 1999-cu ildə Çin gəmiqayırma zavodları illik dünya ticarət gəmisi tonajının cəmi 5%-ni təşkil edirdisə, hazırda bu pay 50%-dən çoxdur.
2023-cü ildə Çin tərsanələri ticarət gəmiləri üçün yeni sifarişlərin təxminən 60%-ni cəlb edib. "Reuters”in qeyd etdiyi kimi, bu, ildə cəmi 15-25 yeni ticarət gəmisi inşa edən ABŞ-dakı tikinti tempi ilə tamamilə uyğunsuzluz təşkil edir və dünya üzrə ümumi gəmilərin 5%-dən azdır.
Çin donanmasının tikintisinin sürəti və onun sayının artması, gəmilərin sayına görə ABŞ donanmasını üstələməsi Qərb tərəfdaşlarının narahatlığına səbəb olur. Xüsusilə, Tayvan üzərində mümkün münaqişə təhlükəsi ilə bağlı narahatlıq artır.
"Reuters”in məlumatına görə, ABŞ rəsmiləri iddia edir ki, Çin lideri Si Szinpin öz ordusuna 2027-ci ilə qədər Tayvanı işğal etmək üçün əməliyyata hazırlaşmağı əmr edib. Jurnalistlər qeyd ediblər ki, Pekin hazırda bu fərziyyələri rədd edir.