ABŞ nüvə enerjisində Çindən geri qalır
    • 19-06-2024, 23:20
    • 517

ABŞ nüvə enerjisində Çindən geri qalır

Vaşinqtonda yerləşən İnformasiya Texnologiyaları və İnnovasiyalar Fondunun hesabatında Çinin nüvə enerjisi sahəsində ABŞ-ı geridə qoyduğu bildirilib.

News24.az xəbər verir ki, dərc olunan hesabatda Çinin nüvə enerjisi sahəsində dünyanın qabaqcıl ölkələri sırasında olduğu bildirilib.

Bildirilib ki, Çin 2035-ci ilə qədər 150 yeni nüvə reaktorunu tamamlamağı planlaşdırır, 27 reaktorun tikintisi isə davam edir. Bu reaktorların orta tikinti müddəti təxminən yeddi ildir. Rəqabət edən ölkələrlə müqayisədə bu dəfə daha sürətlidir.

Hesabatda qeyd olunub ki, Pekinin dövlət tərəfindən dəstəklənən texnologiya yanaşması və geniş maliyyələşdirmə üstünlük təşkil edir. ABŞ isə yüksək texnologiyalı nüvə enerjisini inkişaf etdirməkdə Çindən təxminən 15 il geri qalır.

Onu da bildirək ki, Çin keçən il dünyanın ilk 4-cü nəsil nüvə reaktorunu işə salıb.

Çinin 2030-cu ilə qədər nüvə enerjisindən elektrik enerjisi istehsalına görə ABŞ-ı keçəcəyi təxmin edilir.

Ümumilikdə ABŞ-da 94, Çində isə 56 nüvə reaktoru var. Bununla belə, hesabata görə, Çin son 10 ildə nüvə potensialını üç dəfə artıraraq, ABŞ-ın 40 ildə əldə etdiyi nüvə gücünə 10 ildə nail olub.

Günel Məlikzadə