Türkiyəli məşqçidən Azərbaycan millisi ilə bağlı qalmaqallı AÇIQLAMA
    • Bu gün, 19:36
    • 54

Türkiyəli məşqçidən Azərbaycan millisi ilə bağlı qalmaqallı AÇIQLAMA

"Beşiktaş"ın sabiq baş məşqçisi Rza Çalımbay AFFA-nın Fernandu Santuşu Azərbaycan milli baş məşqçi təyin etməsindən və Türkiyədən məşqçiləri dəvət etmək istəməməsindən narazılığını bildirib.

News24.az "Unikal"-a istinadla xəbər verir ki, türkiyəli məşqçi məsələ haqda bunu deyib:

“Mən Azərbaycanı başa düşmürəm. Azərbaycan millisi türk komandası sayılır. Türkiyədə çoxlu məşqçi var. Onlar nə etdilər? Getdilər və “Beşiktaş”ın yollarını ayırdığı Fernandu Santuşu milliyə dəvət etdilər. Yaxınlığımıza baxmayaraq, Türkiyədən məşqçi dəvət etmirlər”.