“Çelsi”dən 60 milyonluq transfer
    • Bu gün, 20:16
    • 41

“Çelsi”dən 60 milyonluq transfer

“Vulverhempton”un 24 yaşlı vingeri Pedro Neto “Çelsi”yə keçəcək.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə insayder Fabritsio Romano "X" sosial şəbəkəsində məlumat verib.

Mənbənin sözlərinə görə, 60 milyon avro sabit məbləğ, daha 3 milyon avro isə əlavə ödənişlər şəklində ödəniləcək. Netonun tibbi müayinədən keçmək üçün tezliklə Londona yola düşəcək.

Qeyd edək ki, Ötən mövsüm Neto bütün yarışlarda 24 matçda iştirak edib, 3 qol vurub, 11 məhsuldar ötürmə edib. Portuqaliyalı futbolçunun bazar dəyəri 55 milyon avrodur.