Qrinvudun yeni klubu rəsmiləşdi
    • Bu gün, 20:43
    • 54

Qrinvudun yeni klubu rəsmiləşdi

"Mançester Yunayted"in hücumçusu Meyson Qrinvud "Marsel"ə transfer olunub.

News24.az QOL.az-a istinadən xəbər verir ki, bu barədə Fransa klubunun saytı məlumat yayıb. 22 yaşlı futbolçu yeni klubunda 10 nömrəli forma geyinəcək. 

İnsayder Fabrizio Romano "Marsel"in bu transfer üçün 26 milyon avro + 5 milyon avro ödədiyini yazıb.

Ötən mövsüm ingiltərəli oyunçu “Xetafe”də icarə əsasında çıxış edib. O, İspaniya klubunun heyətində bütün yarışlarda 36 oyuna çıxıb, 10 qol vurub və 6 qolun ötürməsini verib.