Dostunun evinə getmişdi, ikisinin də meyiti tapıldı
    • 10-08-2024, 16:00
    • 268

Dostunun evinə getmişdi, ikisinin də meyiti tapıldı

Rusiyanın Sankt-Peterburq şəhərində itkin düşən gənc yaxınlıqdakı mənzildə, tanışının yanında ölü tapılıb.

News24.az bildirir ki, hadisə şəhərin Primorski rayonunda baş verib. Qadın polisə müraciət edərək 23 yaşlı oğlunun itkin düşdüyünü deyib.

Onun sözlərinə görə, kuryer işləyən gənc iki gün əvvəl qonşusunun yanına gedib, lakin sonradan zənglərə cavab vermir.

Polis və xilasedicilər meyit iyi gələn yaxınlıqdakı mənzilə gəliblər. İçəridə itkin düşən şəxsin, həmçinin mənzilin 24 yaşlı sahibinin də meyitləri tapılıb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları vəziyyəti araşdırır.//lent.az