Pişiklər də yas tuturmuş
    • Bu gün, 11:50
    • 71

Pişiklər də yas tuturmuş

Pişiklərin diqqətsiz və nankor olduğu deyilir.

ABŞ-da aparılan yeni bir araşdırmada pişiklərin antisosial olması ilə bağlı fikir təkzib edilib.

News24.az Lent.az-a istinadən xəbər verir ki, Oakland Universiteti tədqiqatçılarının apardığı araşdırmalar pişiklərin yas tutduğunu təsdiqləyib.

Araşdırmaya görə, pişiklər yas tutma prosesində yatmaq, yemək yemək və oynamaqla daha az maraqlanır, insanlardan və digər ev heyvanlarından uzaq durur, gizlənirlər.

Yas tutmaq heyvanlar aləmində bir çox növdə özünü göstərir. Məsələn, fillər, delfinlər və şimpanzelər ölən qohumlarının cəsədlərini qoruyurlar.

Bundan əlavə, bu yaxınlarda aparılan bir araşdırma, yas tutma prosesinin itlərdə də özünü göstərdiyini deməyə əsas verib. 

Oklend Universitetinin tədqiqatçılarının araşdırmasına görə, pişiklər digər heyvanlara nisbətən daha az aşkar kədər əlamətləri göstərirlər. 

Pişiklər yas tutur, lakin bu digər heyvanlardakı kimi çox nəzərə çarpmır.