Diqqət! Pişiklər infeksiya daşıyıcısı OLA BİLƏR
    • 14-05-2020, 23:36
    • 1 488

Diqqət! Pişiklər infeksiya daşıyıcısı OLA BİLƏR

Pişiklər bir-birini koronavirusa yoluxdura və infeksiya daşıyıcısı ola bilərlər.

News24.az "rg.ru" saytına istinadən xəbər verir ki, ancaq onların koronavirusu insanlara ötürə biləcəyinə dair heç bir sübut yoxdur. Tokio Universitetinin Tibb Elmləri İnstitutu, ABŞ-ın Viskonsin Universiteti və bir sıra digər araşdırma mərkəzlərindən olan alimlər bu nəticəyə gəliblər. Araşdırma zamanı alimlər 3 pişiyi koronavirusa yoluxdurub və onları sağlam pişiklər olan qəfəslərə salıblar. 5 gündən sonra sağlam heyvanların burunlarından götürülən yaxmanın nəticələrinə əsasən, onların virus daşıyıcıları olduqları aşkarlanıb.

Bu vəziyyətdə pişiklərdə hərarət, konyunktivit, çəki itkisi də daxil olmaqla, heç bir simptom müşahidə olunmayıb. Alimlər xəbərdarlıq edir ki, pişiklərdə simptomların olmaması, onları koronavirusun potensial “səssiz” daşıyıcısına çevirə bilər.