KXDR Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri İlham Əliyevə məktub göndərib
    • 3-06-2019, 15:26
    • 1 120

KXDR Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri İlham Əliyevə məktub göndərib

Koreya Xalq Demokratik Respublikası Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri Çoe Ryonq Hae Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təbrik məktubu göndərib. 

News24.az
xəbər verir ki, məktubda deyilir: 

"Zati-aliləri.

Milli bayramınız - Respublika Günü münasibətilə Sizə və Sizin şəxsinizdə dost Azərbaycanın hökumətinə və xalqına səmimi təbriklərimi qəbul edin.
Bu xoş fürsətdən istifadə edərək əmin olduğumu bildirirəm ki, ölkələrimiz arasında dərin tarixə malik ənənəvi dostluq və əməkdaşlıq münasibətləri hər iki ölkənin xalqlarının istək və arzularına uyğun olaraq daha möhkəmlənəcək və inkişaf edəcək.
Sizə ölkənizin xalqının firavanlığı və rifahı naminə ali dövləti fəaliyyətinizdə böyük uğurlar arzu edirəm