-
- 28-05-2019, 15:59
- 1 361
Daha üç dövlət başçısı İlham Əliyevi təbrik etdi
Xorvatiya Respublikasının Prezidenti Kolinda Qrabar-Kitaroviç Azərbaycan Prezidenti İlham Əliyevə Respublika Günü münasibətilə təbrik məktubu göndərib.
News24.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə öz adımdan və Xorvatiya Respublikasının vətəndaşları adından ən səmimi təbriklərimi çatdırır, dövlətinizə və vətəndaşlarınıza firavanlıq arzulayıram.
Xorvatiya Respublikası Azərbaycan Respublikası ilə dostluq və tərəfdaşlıq əlaqələrini yüksək dəyərləndirir. Mən əminəm ki, bizim bir çox sahələrdə sıx əlaqələrimiz və əməkdaşlığımız xalqlarımız arasındakı dostluğun və qarşılıqlı anlaşmanın daha da inkişaf etməsinə və güclənməsinə töhfə verəcəkdir.
İkitərəfli əməkdaşlığımızın və tərədaşlığımızın gücləndirilməsinə əlavə stimul vermiş Xorvatiyaya rəsmi səfərinizi məmnunluqla xatırlayıram. Nümayəndə heyətlərimiz arasındakı danışıqlar və müzakirələr zamanı vurğuladığımız kimi, Xorvatiya Respublikası ilə Azərbaycan Respublikası arasında energetika və iqtisadiyyatdan tutmuş mədəniyyət, elm, texnologiya və təhsilə qədər bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək və dərinləşdirmək üçün böyük imkanlar vardır. Ümidvaram ki, qarşıdakı illərdə Xorvatiya və Azərbaycan şirkətləri arasındakı əməkdaşlıq daha da inkişaf edəcəkdir.
Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
*
Mərakeş Kralı VI Mohammed Azərbaycan Prezidenti İlham Əliyevə Respublika Günü münasibətilə təbrik məktubu göndərib.

"Zati-aliləri.
Əziz Qardaşım.
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırır, Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə Sizin rəhbərliyinizlə tərəqqi və firavanlıq arzu edirəm.
Bu xoş fürsətdən istifadə edərək xalqlarımız arasındakı möhkəm qardaşlıq əlaqələrinə, eləcə də ölkələrimiz arasındakı sıx əməkdaşlığa çox böyük dəyər verdiyimi bir daha qeyd etmək istəyirəm".
*
Rumıniya Prezidenti Klaus Verner İohannis Azərbaycan Prezidenti İlham Əliyevə
Respublika Günü münasibətilə təbrik məktubu göndərib.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi, bütün Azərbaycan xalqına firavanlıq arzularımı çatdırmaq istərdim.
Bu xoş fürsətdən istifadə edərək əminliyimi bildirirəm ki, Rumıniya ilə Azərbaycan arasında möhkəm təməl üzərində qurulmuş strateji tərəfdaşlıq daha da genişlənəcək və dərinləşəcək.
Cənab Prezident, Sizə ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".