Azərbaycanlı qapıçı “Barselona”da
    • Bu gün, 13:37
    • 67

Azərbaycanlı qapıçı “Barselona”da

“Barselona” azərbaycanlı qapıçı Eldar Tağızadə ilə müqavilə imzalayıb.

“News24.az” xəbər verir ki, bu haqda Kataloniya komandasının mətbuat xidməti məlumat yayıb.

21 yaşlı qolkiperlə müqavilə 2026-cı ilin yayına kimi nəzərdə tutulub və qapıçı bu klubun B komandasında çıxış edəcək.

Qeyd edək ki, futbolçu ötən mövsüm İspaniyanın “Luqo” klubunda çıxış edib.