-
- 10-06-2024, 11:52
- 506
"Barselona" futbolçusuna yeni müqavilə təklif etdi
"Barselona" yarımmüdafiəçisi Frenki de Yonqu komandada saxlamaq istəyir.
News24.az qol.az-a istinadla xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. Kataloniya klubu 27 yaşlı futbolçunu satmaq niyyətində deyil. Artıq "Barselona" De Yonqa yeni müqavilə təklif edib. Sözləşmə 3 il müddətinə nəzərdə tutulub.
Ötən mövsüm de Yonq bütün yarışlarda 30 matçda meydana çıxıb və 2 qol vurub. Futbolçunun "Barselona" ilə hazırkı müqaviləsi 2026-cı ilə qədərdir.