Azərbaycan və Rusiya Prezidentləri arasında telefon danışığı olub
    • 3-06-2019, 16:19
    • 829

Azərbaycan və Rusiya Prezidentləri arasında telefon danışığı olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.

News24.az-ın məlumatına görə, Prezident İlham Əliyev Rusiya Federasiyasının Surqut şəhərinin hava limanına görkəmli neftçi Fərman Salmanovun adının verilməsi ilə bağlı təşəkkürünü bildirdi və bu qərarın Azərbaycan ictimaiyyəti tərəfindən böyük minnətdarlıqla qəbul edildiyini vurğulayıb.
Telefon söhbəti zamanı Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, əldə edilmiş nailiyyətlərdən məmnunluq ifadə olunub. Azərbaycan və Rusiya prezidentləri əlaqələrimizin inkişafına dair müxtəlif məsələlər və əməkdaşlığımızın perspektivləri, eləcə də gələcək təmaslar haqqında fikir mübadiləsi aparılıb.