UNEC rektoru abituriyent və valideynlərin suallarını cavablandıracaq: Canlı yayında
    • 3-06-2019, 16:26
    • 847

UNEC rektoru abituriyent və valideynlərin suallarını cavablandıracaq: Canlı yayında

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov Fzcebook sosial şəbəkəsində canlı yayımla qoşulacaq.

News24.az -a UNEC-dən verilən məlumata görəFed.az saytının dəstəyi ilə təşkil olunan canlı yayımda rektor Ədalət Muradov abituriyentlərin, magistraturaya qəbul olmaq istəyənlərin, eləcə də onların valideynlərinin UNEC-dəki təhsil imkanları, ixtisaslar, beynəlxalq və ikili diplom proqramları,  xüsusi təqaüdlər, təhsil haqları  və digər mövzularda suallarını cavablandıracaq.

Canlı yayım iyunun 11-də saat 11:00-da Fed.az (https:www/facebook.com/fedaznews) sosial şəbəkəsi üzərindən təşkil olunacaq.
UNEC barədə sualları [email protected] elektron ünvanına göndərə bilərsiniz.