İkinci təhsilini ödənişsiz oxumaq ŞANSI
    • 9-07-2018, 10:49
    • 1 283

İkinci təhsilini ödənişsiz oxumaq ŞANSI

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) yeni tədris ilindən Universitet Daxili İki Diplom (UDİD) proqramına yeniliklərlə start verəcək.

 Universitetdən verilən məlumata görə, 2018/2019-cu tədris ilindən UNEC-ə 700 bal toplayaraq qəbul olan tələbələr proqrama ödənişsiz qoşula biləcəklər. 600-dən yüksək bal toplayan abituriyentlər üçün də UDİD proqramında inanılmaz fürsət yaradılıb. Belə ki, 600 və daha yüksək bal toplayaraq UNEC-i seçən abituriyentlərə UDİD proqramı üzrə təhsil üçün 50 faiz güzəşt tətbiq olunacaq.


İlkin mərhələdə UDİD proqramı "maliyyə”, "mühasibat uçotu və audit” və "marketinq” ixtisasları üzrə açılıb.

Qeyd edək ki, UNEC-ə 600 və daha yüksək bal toplayaraq qəbul olunan tələbələr universitetin xüsusi təqaüdünü də qazanırlar.