Rusiyalı həkimlər əsir düşmüş ukraynalını XİLAS ETDİLƏR
    • 12-08-2024, 19:36
    • 208

Rusiyalı həkimlər əsir düşmüş ukraynalını XİLAS ETDİLƏR

Rusiyalı həkimlər son dərəcə ağır vəziyyətdə əsir götürülən ukraynalı əsgər üzərində mürəkkəb əməliyyatı uğurla həyata keçiriblər.

News24.az xəbər verir ki, həkimlərin sözlərinə görə, xəstə qarın nahiyəsində ağır yaralar, qarın içi qanaxma, qaraciyər və bağırsaqların zədələnməsi ilə gəlib. Saatlarla davam edən əməliyyat zamanı həkimlər qanaxmanı dayandırıb və zədələnmiş orqanları qoruyub.

Torakoabdominal cərrahiyyə üzrə mütəxəssis Aleksandr Babiçin qeyd etdiyi kimi, əməliyyat xəstənin vəziyyətinə görə çətin keçsə də, onu stabilləşdirməyə və şokdan çıxarmağa imkan verib.

Əsgər, köməklərinə görə həkimlərə minnətdarlığını bildirib. 

Məryəm İlhamqızı