-
- 12-08-2024, 21:47
- 271
İşsizlik rəqəmləri açıqlandı
Türkiyə Statistika Təşkilatı (TÜİK) iyun ayı üzrə işçi qüvvəsi statistikasını açıqlayıb.
News24.az xəbər verir ki, buna görə, 15 və daha yuxarı yaşda olan işsizlərin sayı 2024-cü ilin iyun ayında əvvəlki ayla müqayisədə 234 min nəfər artaraq 3 milyon 305 min nəfərə çatıb.
İşsizlik səviyyəsi 0,7 xal artaraq 9,2 faizə çatıb və kişilər üçün 7,6 faiz, qadınlar üçün isə 12,4 faiz olduğu təxmin edilib.
2024-cü ilin iyun ayında məşğul əhalinin sayı əvvəlki ayla müqayisədə 341 min nəfər azalaraq 32 milyon 522 min nəfərə, məşğulluq səviyyəsi isə 0,6 xal azalaraq 49,3 faizə düşüb. Bu göstərici kişilərdə 66,9 faiz, qadınlarda isə 32,1 faiz təşkil edib.
15-24 yaş qrupunu əhatə edən gənc əhali arasında işsizlik səviyyəsi əvvəlki ayla müqayisədə 1,7 xal artaraq 17,6 faizə çatıb.
Bu yaş qrupunda işsizlik səviyyəsi kişilər üçün 14,8 faiz, qadınlar üçün isə 23,2 faiz olaraq qiymətləndirilib.
Məryəm İlhamqızı