İşsizlik 4,1%-ə yüksəldi
    • 5-07-2024, 22:50
    • 546

İşsizlik 4,1%-ə yüksəldi

ABŞ Əmək Nazirliyi iyun ayı məşğulluq hesabatını açıqlayıb. 

News24.az xəbər verir ki, buna görə ölkədə qeyri-kənd təsərrüfatı sektorlarında məşğulluq iyun ayında 206 min adam artıb.

Bazar gözləntilərinin üzərində olan kənd təsərrüfatı xarici məşğulluq məlumatlarının 190 min adam artması gözlənilib.

Bu dövrdə dövlət, səhiyyə, sosial yardım və tikinti sektorlarında məşğulluq artıb.

Qeyri-kənd təsərrüfatı məşğulluğu ilə bağlı aprel və may aylarında məlumatların aşağı yönlü təftişi edilib. Müvafiq olaraq, kənd təsərrüfatı xaricində məşğulluğun artımı aprel ayında 165 mindən 108 minə, may ayında isə 272 mindən 218 minə endirilib.

Qeyd edək ki, ABŞ-da işsizlik səviyyəsi iyun ayında 0,1 bənd artaraq 4,1 faizə yüksəlib. 2021-ci ilin noyabrından bəri ən yüksək səviyyəyə çatıb.

Bazar gözləntilərinin üzərində olan işsizlik nisbətinin may ayında olduğu kimi bu dövrdə də 4 faiz olacağı gözlənilirdi.

İyun ayında ölkədə işsizlərin sayı 162 min nəfər artaraq 6 milyon 811 min nəfərə çatıb. İşçi qüvvəsində iştirak səviyyəsi 0,1 bənd artaraq 62,6-ya yüksəlib.

Sözügedən dövrdə orta həftəlik iş saatı dəyişməyərək 34,3 təşkil edib.

ABŞ Federal Ehtiyat Sisteminin (FED) yaxından izlədiyi orta saatlıq qazanc da gözləntilər daxilində 0,3 faiz artaraq 35 dollara çatıb.

Günel Məlikzadə