-
- 13-08-2024, 19:33
- 375
Bu avtomobillərin qiyməti 2-3 min artdı
Benzin qiymətlərindəki dəyişiklik bəzi avtomobillərin qiymətini ucuzlaşdırsa da, bəzilərinin qiymətinin artmasına səbəb olub.
News24.az Milli.Az-a istinadla bildirir ki, bunlar əsasən "Chevrolet"in "Cruze" və "Malibu" modelləridir. Belə ki, əvvəllər 92 oktanlı benzinlə normal işləmədiyinə görə qiyməti hədsiz düşən bu modellər bu gün 2-3 min baha qiymətə təqdim olunur.
92 oktan benzinlə işləyən avtomobillərin qiymətində isə ucuzlaşma var.
Qeyd edək ki, ümumilikdə "Chevrolet" dünya bazarında etibarsız avtomobil kimi tanınır.