-
- 31-05-2023, 16:23
- 474
Bu avtomobillərin qiyməti ucuzlaşacaq
Azərbaycanda istehsal olunan minik avtomobillərinin satışı 2023-cü il mayın 1-dən 10 il müddətinə ƏDV-dən azad edilib.
Vergi Məcəlləsinə edilən bu dəyişiklik Azərbaycanın avatomobil bazarında qiymətlərə necə təsir edəcək?
Məsələ ilə bağlı Trend-ə açıqlama verən nəqliyyat məslələri üzrə ekspert Eldəniz Cəfər bildirib ki, yerli istehsal olunan avtomobillərin qiyməti ucuzlaşacaq.
"Nümunə olaraq ölkəyə idxal olunan hibrid və elektromobillərin ƏDV-dən azad edilməsindən sonra həmin avtomobillərin qiyməti ucuzlaşdı. Bugün Azərbaycanda istehsal edilən avtomobillərin sayı il ərzində 2 min ədəddir. Bu səbəbdən avtomobil bazarına təsir etmək gücü yoxdur. Lakin il ərzində azı 10 min avtomobil istehsal olunarsa bu halda avtomobil bazarında digər qiymətlərin də nisbətən ucuzlaşmasına səbəb ola bilər. Düşünürəm ki, yaxın beş ildə bu mümkün olacaq", - deyə ekspert qeyd edib.