Məşhur basketbolçu PSJ-nin səhmdarı oldu
    • 13-08-2024, 19:42
    • 305

Məşhur basketbolçu PSJ-nin səhmdarı oldu

ABŞ millisinin və “Finiks” komandasının məşhur basketbolçusu Kevin Durant Fransanın PSJ Futbol Klubunun səhmdarı olub.

News24.az "Report"-a istinadla xəbər verir ki, bu barədə təcrübəli idmançının təsisçisi olduğu "Boardroom" sosial şəbəkə hesabında məlumat yayıb.

35 yaşlı basketbolçu Paris təmsilçisinin prezidenti Nasser Əl-Xelaifi ilə klubun təlim-məşq bazasına və təhsil mərkəzinə baş çəkib.

Qeyd edək ki, Kevin Durant Fransanın paytaxtı Parisdə keçirilmiş Yay Olimpiya Oyunlarında ABŞ millisi ilə qızıl medal qazanıb. O, komanda növündə dörd olimpiadada bu mükafatı əldə edən ilk kişi idmançıdır.