Olimpiadada yeni rekord
    • 2-08-2024, 22:20
    • 185

Olimpiadada yeni rekord

Paris 2024 Olimpiya Oyunlarında qadınlar arasında 50 metrdən pnevmatik tüfəngdən 3 mövqe kateqoriyasında atıcılıq növündə finallar keçirilib.

News24.az xəbər verir ki, Chateauroux Atıcılıq Mərkəzində keçirilən tədbirdə İsveçrə idmançısı Çiara Leone 464,4 xalla olimpiya rekordunu yeniləyərək qızıl medal qazanıb.

ABŞ təmsilçisi Sagen Maddalena 463 xalla gümüş, çinli Qiongyue Zhang isə 452,9 xalla bürünc medal qazanıb.

Qeyd edək ki, qadınlar arasında 50 metr məsafədən pnevmatik tüfənglə 3 mövqe kateqoriyasında əvvəlki rekord digər İsveçrə idmançısı Nina Kristenə məxsus idi. Kristen 463,9 xalla Tokio 2020 Olimpiya Oyunlarında qızıl medal qazanıb.

Günel Məlikzadə