-
- 13-08-2024, 22:15
- 280
Rusiya Telegram-ı cərimələdi
Rusiyada Telegram bəzi məzmunlara girişi bloklamadığı üçün 4 milyon rubl (təxminən 43 min dollar) cərimələnib.
News24.az xəbər verir ki,Telegram-a qarşı açılan işə paytaxt Moskvada baxılıb.
Sözügedən platformada bəzi qadağan olunmuş məzmuna girişin bloklanmadığı üçün qanuna əməl edilmədiyi qənaətinə gələn məhkəmə Telegram-ı 4 milyon rubl cərimə ödəməyə məcbur edib.
Qeyd edək ki, daha əvvəl də oxşar səbəblərə görə ölkədə Google və TikTok kimi müxtəlif xarici platformalar üçün cərimələr tətbiq edilib.
Məryəm İlhamqızı