-
- 14-08-2024, 19:37
- 206
İlin birinci yarısında Azərbaycanda 49 minə yaxın körpə doğuldu
Bu ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 48 min 702 körpə qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə həmin göstərici azalaraq 10,7-dən 9,6-ya düşüb.
News24.az Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, doğulan körpələrin 53,2 faizi oğlan, 46,8 faizi isə qız olub. Körpələrdən 1622-si əkiz, 72-si üçəm, 4-ü isə dördəm doğulub.
Doğum səviyyəsi əhalinin hər 1000 nəfərinə Dağlıq Şirvan (11,9), Lənkəran-Astara (11,6), Şərqi Zəngəzur (11,4), Qarabağ (11,3), Quba-Xaçmaz (10,9), Mil-Muğan (10,8), Mərkəzi Aran və Şirvan-Salyan (10,6), Qazax-Tovuz (10,5) iqtisadi rayonlarında ölkə göstəricisindən (9,6) yüksək olub.
Cari ilin birinci yarısında ölkədə 29 min 775 ölüm halı qeydə alınıb və 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə həmin göstərici azalaraq 6-dan 5,9-a enib.