Bu ilin dörd ayında Azərbaycanda 924 əkiz, 33 üçəm doğulub
    • 19-06-2019, 18:38
    • 1 245

Bu ilin dörd ayında Azərbaycanda 924 əkiz, 33 üçəm doğulub

Cari ilin dörd ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 44741 doğulan körpə qeydə alınıb.

Bu barədə News24.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd edilib ki, əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə (13,8) qalıb. 

Doğulanların 53,5 faizi oğlan, 46,5 faizi isə qız uşaqlarıdır. Körpələrdən 924-ü əkiz, 33-ü isə üçəm doğulanlardır.