Dəhşətli qəza: Ölən və yaralananlar var
    • 14-08-2024, 17:44
    • 398

Dəhşətli qəza: Ölən və yaralananlar var

Şanlıurfada Berat Ergin (34) idarə etdiyi avtomobil idarəetmədən çıxaraq xəndəyə çırpılıb.

News24.az xəbər verir ki, qəzada avtomobildə olan Reşit Başkin (84) hadisə yerində ölüb. Sürücü ilə Zeri Ergin (64) və Civan Ergin (1) isə yaralanıb.

Xəbər üzərinə bölgəyə xilasetmə, sağlamlıq və jandarma qrupları sövq edilib.

Avtomobildə sıxılmış vəziyyətdə qalan yaralılar yanğınsöndürənlər tərəfindən xilas edilərək xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, yaralılardan Zeri Erginin də həyatını xilas etmək mümkün olmayıb.

Günel Məlikzadə