Dəhşətli qəza: 1 ölü, 38 yaralı
    • Bu gün, 10:31
    • 101

Dəhşətli qəza: 1 ölü, 38 yaralı

Türkiyədə Ş.B.-nin (56) idarə etdiyi sərnişin avtobusu H.B.Y-nin (25) idarə etdiyi yem yüklü yük maşınının arxasına çırpılıb.

News24.az xəbər verir ki, qəzada sərnişin avtobusunun sürücü köməkçisi N.K. (35) həyatını itirib, vasitədə olan 38 adam da yaralanıb.

Xəbər üzərinə qəza yerinə sağlamlıq, jandarma, polis və xilasetmə qrupları sövq edilib.

Qeyd edək ki, yaralılar təcili yardım maşınları ilə müxtəlif xəstəxanalara aparılıb.

Günel Məlikzadə